"QAZETA" ANALİTİK İNFORMASİYA MƏRKƏZİ www.qazeta.com

İNFORMASİYA MƏRKƏZİ 04.03.2010-CU İLDƏ TƏSİS EDİLMİŞDİR. AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR VƏ ƏDLİYYƏ NAZİRLİYİNDƏ DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR. QEYDİYYAT NÖMRƏSİ VOEN 2001687911. İNFORMASİYA MƏRKƏZİ AVROPADA FƏALİYYƏT GÖSTƏRİR. Email : tkqazet@gmail.com

Zakir Qaralov hərəkətə keçdi, baş prokuror Nabrandakı hadisəni nəzarətə götürdü

1

 

Baş Prokurorluq Nabranda baş verən hadisə ilə bağlı məlumat yayıb. İyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən «Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatlar alınmış, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış «Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Информация

This entry was posted on Июль 23, 2013 by in SON XƏBƏRLƏR.

Навигация

Отслеживать

Get every new post delivered to your Inbox.

Join 8 015 other followers

%d bloggers like this: